Hindistan vətəndaşının axtarışına FHN-in təlim keçmiş itləri cəlb edib - VİDEO

Xəbərlər

24.06.2022 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Manikanth Kondaveetinin axtarışları davam edir

Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş