Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Xəbərlər

04.03.2025 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdul Kərimi qəbul edib.

AYNA.AZ xəbər verir ki, bu barədə Fələstin səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Səfir N.A. Kərim Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə cənab H. Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş