Hikmət Hacıyev: “Ermənistanı sülhə məcburetmə davam etməlidir”

Siyasət

05.10.2020 - 02:55

Prezidentin köməkçisi növbəti dəfə “tweet”  paylaşıb

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə “tweet”  paylaşıb.

 

AYNA xəbər verir ki, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib: “Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.

Müəllif: Ayna.az