Yarışın qalibləri kubok, medal və digər hədiyyələrlə mükafatlandırılıblar
25, 26,27 sentyabr 2021-ci il tarixində Tennis İdman Kompleksində İkinci Qarabağ müharibəsi şəhidi gizir İslamov Elvinin xatirəsinə həsr olunmuş həvəskar tennisçilər arasında "Zəfər kuboku" turniri keçirilib.
Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayan turnirin açılışında Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin valideynləri, tədbirin qonaqları çıxışlar ediblər. Bundan sonra xatirə hədiyyələri təqdim edilib.
Sentyabrın 27-də turnir başa çatıb. Yarışın qalibləri kubok, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Mükafatı qaliblərə şəhidin atası Elçin İslamov təqdim edib.