Həsən Ruhaniyə qarşı korrupsiya ittihamı

Dünya

07.10.2021 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

İranın sabiq Prezidenti korrupsiyada ittiham olunur

İran İslam Şurası Məclisinə (parlamentə) Qum şəhərindən seçilən nümayəndə Əhməd Əmirabadi keçmiş Prezident Həsən Ruhanini və neft naziri Bijən Zəncənəni oğurluq və rüşvətxorluqda ittiham edib.

AYNA xarici mediaya istinadən bildirir ki, deputat Əmirabadi deyib ki, Zəncənə xarici dövlətlərdən birinə məxsus “Crescent” şirkətindən külli miqdarda rüşvət olaraq qaz satışı barədə müqavilə imzalayıb: “Müqaviləyə əsasən, İranda hasil olunan qaz həmin şirkətə satılıb və şirkət “mavi yanacağı” baha qiymətə dünya bazarına çıxarıb. Lakin Zəncənin rəhbərlik etdiyi Neft Nazirliyi qazı özü birbaşa dünya bazarına çıxara bilərdi”.

“Bu korrupsiya əməlində keçmiş Prezident Həsən Ruhani də iştirak edib. Mən hökuməti bu məsələni araşdırmağa çağırıram”, - deyə deputat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş