Həkimi döyən "əlil" barəsində cinayət işi başlanıb

Xəbərlər

08.06.2021 - 17:29

Məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

 

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

 

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az