Həbsdə olan polkovnik azadlığa buraxılıb

Xəbərlər

07.05.2021 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

Samiq Əzizova hökm oxunub

 

Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. AYNA-nın “Report”a istinadən xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş