Havada toz dumanı müşahidə olunur

Xəbərlər

12.08.2021 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə edilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə edilən toz dumanı transsərhəd xarakter daşıyır.

 

Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş