Hava isinir

Xəbərlər

04.03.2025 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Temperatur 16 dərəcəyə yüksələcək

Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Gecə 0-3°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş