Haitidə müvəqqəti prezident təsdiqlənib

Dünya

10.07.2021 - 09:34

Həkimlər Klinikalar SEO Xidməti

Qərarın qəbul edilməsi on senatordan səkkizi tərəfindən dəstəklənib

 

Haiti Senatı (parlamentin yuxarı palatası) öz spikeri Jozef Lamberi respublikanın müvəqqəti prezidenti elan edib. Bu barədə AYNA “juno7” xəbər portalına istinadən xəbər verir.

 

“Yeni müvəqqəti Prezident Zati-aliləri Jozef Lamber hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə and içəcək”, - Senatın qətnaməsində deyilir.

 

Qeyd olunur ki, qərarın qəbul edilməsi on senatordan səkkizi tərəfindən dəstəklənib.

 

“Xalq tərəfindən senator seçilən Jozef Lamber öz həmkarları tərəfindən 7 fevral 2022-ci il tarixinə qədər Haiti Respublikasının müvəqqəti prezidenti funksiyalarını yerinə yetirmək üçün seçilib”, - qətnamədə deyilir.

 

Qeyd edək ki, Haiti prezidenti J. Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Sui-qəsdlə bağlı 28 şübhəli saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş