Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb
Hacıqabulda bıçaqlanma baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb. 31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.