Gömrük postu sazişə əsasən inşa olunacaq və birgə gömrük nəzarəti təşkil ediləcək
Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
AYNA.AZ xəbər verir ki, yol xəritəsinə görə, iyunun 1-dək Gürcüstan ilə birgə sərhəd buraxılış məntəqəsinin yaradılması istiqamətində “İpək yolu – Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında Protokol”un imzalanması prosesinin sürətləndirilməsi və nəticələri barədə məlumatlar Komissiyaya təqdim olunmalıdır.
Bununla bağlı Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti məlumatları təqdim etməlidir.
Adıçəkilən gömrük postu tərəflər iki ölkə arasındakı mövcud sazişə əsasən inşa olunacaq və birgə gömrük nəzarəti təşkil ediləcək.