Gürcüstandan Rusiyaya gedən yolda uzun tıxac yaranıb

Dünya

17.01.2021 - 20:02

Magistral 4 gündür ki, avtomobillərin hərəkəti üçün bağlıdır

 

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır. AYNA gürcü mediasına istinadən bildirir ki, magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.

 

Yolun bağlanmasına güclü qarın yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə yaranan qar uçqunu səbəb olub.

 

Bildirilir ki, magistralda Azərbaycan, Gürcüstan, Ukrayna, İran, Rusiya, Türkiyə və Ermənistana məxsus çoxlu sayda yük avtomobili dayanıb. Gürcüstan polisi və yol departamentinin işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Lakin intensiv yağan qar işləri daha da çətinləşdirib.

Müəllif: Ayna.az