Baş nazir: “Avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur”
Gürcüstanda sərt karantinin tətbiqi planlaşdırılmır. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya brifinqdə bildirib.
Qaxariya deyib ki, ölkədə tam qapanma olacağı haqqında yayılan məlumatlar doğru deyil.
“Avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn ilin yanvarın 3-dən etibarən bağlanacaq. Biz artıq məhdudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək”, Baş nazir qeyd edib.