Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Xəbərlər

25.10.2020 - 17:45

Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 28 min 431 nəfərə çatıb

 

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 928 nəfər yoluxub. Bu barədə AYNA gürcü mətbuatına istinadən məlumat verir.

 

Məlumata görə, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 28 min 431 nəfərə çatıb.

 

Ötən sutka koronavirusa yoluxanlardan 604 nəfəri sağalıb, 8 nəfər isə vəfat edib. Bununla da, koronavirusdan sağalanların sayı 10 767 nəfər, ölənlərin sayı isə 201 nəfər təşkil edir.

Müəllif: Ayna.az