Lekso Laşkaravanın ölüm səbəbləri dəqiqləşdirilir
Gürcüstanın “Pirveli” TV-nin əməkdaşları həmkarları Lekso Laşkaravanın ölümü ilə bağlı məlumat yayıblar. AYNA gürcü mediasına istinadən deyir ki, telekanalın operatoru işləyən Laşkarava Tbilisidə iyulun 5-də baş verən aksiya zamanı aqressiv radikallar tərəfindən döyülüb.
Yaralı olan TV əməkdaşı ölüb. Onun ölüm səbəbləri dəqiqləşdirilir.
Hadisə ilə bağlı “Pirveli”nin Məlumat Xidmətinin rəhbəri Nodar Meladzenin və ya telekanal rəhbərliyinin rəsmi açıqlaması olmayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisidə aksiyaçılar operatora ağır zərbələr vurublar. Polis qabaqlayıcı tədbir kimi iki nəfəri həbs edib.