Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilib

Dünya

01.04.2021 - 11:57

Uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub

 

Gürcüstanda tətbiq olunan bir neçə məhdudiyyət aprelin 1-dən ləğv olunub. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bu gündən teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib.

 

Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub. Lakin saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi və digər bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır.

Müəllif: Ayna.az