Gürcüstan xüsusi təyinatlıları parlament binasına daxil olublar

Dünya

18.11.2019 - 18:55

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi: Etirazçıların binanı mühasirəyə almaları tamamilə qanunaziddir

 

Gürcüstanda xüsusi təyinatlı qüvvələr, etirazçılar tərəfindən mühasirəyə alınan parlament binasının ərazisinə daxil olublar. AYNA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin xüsusi tapşırığı ilə polis əməkdaşları “Birinci Respublika” meydanında yerləşən parlament binasına giriblər.

 

Gürcüstan Daxili İşlər Nazirliyi isə parlamenti mühasirəyə alan etirazçıların hərəkətlərinin qanundan kənar olduğunu bəyan edib.

 

Qeyd edək ki, noyabrın 14-dən etibarən Gürcüstan parlamenti proporsional seçki sisteminə keçid edə bilmədiyi üçün, paytaxt Tbilisidə etirazlar başlayıb. Noyabrın 17-dən etibarən isə parlamentin önündə çadırlar qurulub və etirazçılar hakim partiyadan olan deputatların binaya daxil olmasını əngəl törədirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş