Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - <font color=red> GƏRGİNLİK</font>

Dünya

08.05.2020 - 11:53

Saakaşviliyə vəzifə verilməsi Gürcüstan hakimiyyətində hiddət doğurub

 

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, Səfir Mixail Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar məsləhətləşmələr üçün çağırılıb.

 

Məlumatda bildirilir ki, Saakaşviliyə vəzifə verilməsi Gürcüstan hakimiyyətində hiddət doğurub.

 

Qeyd edək ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukraynada rəsmi vəzifəyə təyin edilib. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Müəllif: Ayna.az