Gürcüstan Rusiyadan qoyun almaqdan imtina edib

Dünya

30.01.2025 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Amma mal-qara və donuz idxalını rekord səviyyəyə çatdırıb

2024-cü ildə Gürcüstan Rusiyadan diri qoyun almayıb. Eyni zamanda, mal-qara və donuz idxalını rekord səviyyəyə çatdırıb. AYNA “RİA Novosti”yə istinadən qeyd edib ki, Tiflis bu il diri qoyun almayıb. 2023-cü ildə bu heyvanların idxalı 1,3 milyon dollardan çox olub, Rusiya da Gürcüstana az sayda at ixrac edib ki, bununla ümumi dəyəri 49 min dollara çatıb. Bu da 24% təşkil edir.

Eyni zamanda, 2024-cü ildə Gürcüstan Rusiyadan diri mal-qara idxalını təxminən 20% artırıb. Bu rəqəmlər 2014-cü ildən bəri ən yüksək göstəricidir.

Rusiyadan donuz idxalı da təxminən 20% artıb. Əvvəlki ticarət məlumatları mövcud olmadığı üçün bu alış həcmləri 2001-ci ildən bəri ən yüksək sayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş