Gürcüstan beynəlxalq uçuşları bərpa edir

Dünya

22.01.2021 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “COVID-19-la əlaqədar bütün təhlükəsizlik tədbirlərinə və tibbi protokollara tam əməl olunmalıdır”

 

Gürcüstan beynəlxalq aviareysləri fevralın 1-dən bərpa edəcək. AYNA xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava deyib.

 

Nazir bildirib ki, COVID-19-la əlaqədar bütün təhlükəsizlik tədbirlərinə və tibbi protokollara tam əməl olunmalıdır.

 

“Hökumət müxtəlif ölkələrdən Gürcüstana gəlmək istəyən xarici vətəndaşlara tətbiq olunan qadağaların da yumşaldılması məsələsini nəzərdə keçirir. Bu yumşaldılma ilk növbədə Avropa İttifaqına üzv dövlətlərin, İsrail və Körfəz ölkələrinin vətəndaşlarına tətbiq olunacaq”, - Turnava qeyd edib.

 

Qeyd edək ki, Gürcüstan 2020-ci ilin mart ayından bütün beynəlxalq avia uçuşlara qadağa qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş