Göyçayda körpünün uçması kadrları köhnədir

Xəbərlər

29.09.2021 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Məsələ ilə bağlı rəsmi açıqlama verilib

Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.

AYNA bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verib.

“Rəsmi olaraq bildiririk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb”, - deyə qurum bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş