Müdafiə Nazirliyi məlumat yayıb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə AYNA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.