Hadisə rayonun mərkəzində qeydə alınıb
Goranboyda yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
"VAZ 21011" markalı avtomaşın motosikletlə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü rayon sakini Muxtar Qasımov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.