Goranboyda kişini ildırım vurub öldürüb

Hadisə

29.05.2021 - 21:23

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

 

Goranboyda bədbəxt hadisə baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Ballıqaya kəndi ərazisində qeydə alınıb.

 

Bərdədə məskunlaşan Laçın rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhməd Xanalı oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub. 47 yaşlı Kişi hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş