Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Xəbərlər

14.09.2020 - 16:11

Hər üç faktla bağlı araşdırma aparılır

 

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən xəbərə görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "Mercedes-Benz" və "Volvo FH 12" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4200 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Hər üç faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az