Gömrük nəzarətindən gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb

Xəbərlər

30.09.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

"MAN” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb

Gömrük nəzarətindən gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi "MAN” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 1720 ədəd “Parliament Heets” markalı siqaret və 12 ədəd spirtli içki aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş