Gizli mobil telefonlar aşkarlanıb

Hadisə

18.12.2019 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobilə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol boşluqlarında 1 ədəd "iPhone XS Cold 64 GB", 1 ədəd "iPhone XS Space Gray 64 GB", 1 ədəd "iPhone 11 Purple 64 GB", 4 ədəd "iPhone 11 Pro Max Midnight Green 256 GB" və 1 ədəd "iPhone 11 Pro Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş