Hadisə nəticəsində xəsarət alanlar var
Gəncə şəhərində təcili tibbi yardım maşınları qəzaya uğrayıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan iki təcili tibbi yardım maşınının toqquşması nəticəsində biri həkim olmaqla, iki nəfər xəsarət alıb. Qəzanın başvermə səbəbləri araşdırılır.