Vərəndaşlar “Yaşasın bütöv Azərbaycan!”, "Qalib Azərbaycan Ordusuna eşq olsun!" kimi şüarlar səsləndiriblər
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilib.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günündə qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Vətəndaşlar əllərində şanlı Azərbaycan Bayrağı tutaraq “Yaşasın bütöv Azərbaycan!”, "Qalib Azərbaycan Ordusuna eşq olsun!" kimi şüarlar səsləndiriblər.
Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.


