Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib
2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Xatırladaq ki, bundan əvvəl büdcədə neftin bir barelinin qiyməti 45 dollar idi.