Hadisə rayonun Dəyirmandağ kənd ərazisində qeydə alınıb
Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Dəyirmandağ kənd ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.
Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.