3 nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb
Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən qəzada 3 nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış Qəsəbələri avtomobil yolunun 6-cı qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Mercedes", "Opel" və "KIA" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində iki qardaş - Nicat Qurbanov, Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində ölüb. Ağır xəsarətlər alan Bəndalı Qənbərov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya dərhal təcili təxirə salınmaz yardım göstərilib daha sonra isə Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.