Füzulidə erməni hərbçinin meyitinin qalıqları tapılıb

Xəbərlər

07.07.2021 - 07:46

Qarabağda 1596 erməni hərbçisinin meyiti və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib

 

İşğaldan azad olunmuş Füzuli rayonunda daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkarlanıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

 

Məlumatda qeyd edilib ki, 44 günlük müharibədən sonra Qarabağda 1596 Ermənistan hərbçisinin meyiti və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Müəllif: Ayna.az