Füzuli Hava Limanına beynəlxalq status verilib

Xəbərlər

16.10.2021 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Əli Əsədov Füzuli Hava Limanı ilə bağlı sərəncam imzalayıb 

Füzuli Hava Limanına beynəlxalq status verilib. AYNA-nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş