Fransızlar Makrondan narazıdır

Dünya

26.05.2020 - 17:02

Onun Prezident kimi nüfuzu aşağı düşüb

 

Fransa Prezidenti Emmanuel Makronun Prezident kimi nüfuzu aşağı düşüb. AYNA xəbər verir ki, bu barədə “Odoxa” araşdırma şirkəti məlumat yayıb.

 

Belə ki, şirkətin apardığı sorğu nəticəsində 35 faiz vətəndaş Makronu yaxşı ölkə başçısı kimi xarakterizə etsə də, 65 faiz şəxs onun siyasətinin düzgün olmadığını bildirib.

 

Bununla yanaşı, sorğuda Baş Nazir Eduard Filip də yer alıb və o, 46 faiz ilə Makrondan daha yüksək göstəriciyə sahib olub.

Müəllif: Ayna.az