Makron: “Mövcud vəziyyət və gərginlik səviyyəsi qətiliklə əks təsir bağışlayır”
Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirməməyə çağırıb. AYNA TASS-a istinadən bildirir ki, Fransa lideri Donbassda vəziyyətin gərginləşməsinin əks effekt verdiyini söyləyib.
“Düşünürəm ki, hazırkı vəziyyət qəbuledilməzdir. Rusiya vəziyyəti gərginləşdirməməlidir, bu, aydındır. Mövcud vəziyyət və gərginlik səviyyəsi qətiliklə əks təsir bağışlayır”, - deyə Makron söyləyib.
Qeyd edək ki, aprelin əvvəlindən Ukraynanın Donbass bölgəsində vəziyyət gərginləşib. Donbassdakı separatçılar atəşkəsi intensiv şəkildə pozublar.
Rəsmi Kivev Donbassda vəziyyətin gərginləşməsində Rusiyanı günahlandırır.