Fransada koronavirus təşvişi - yeni dalğa başlayıb

Dünya

23.06.2022 - 02:19

Həkimlər Klinikalar SEO Xidməti

Fransalı professor ictimai nəqliyyatda tibbi maskaların bərpasının tərəfdarı olduğunu deyib

Fransada COVID-19 pandemiyasının yeni dalğası başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib. O, Fransada COVID-19 pandemiyasının yenidən yayıldığını deyib.

A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş