Fransada koronavirus qurbanlarının sayı 22 minə yaxınlaşır

Dünya

24.04.2020 - 01:29

cedabet dərman SEO Xidməti

Ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 21 856 nəfərə çatıb

 

Fransada son bir gün ərzində daha 516 nəfər koronavirusdan ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, bununla ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 21 856 nəfərə çatıb. 

 

Məlumata görə, 13 547 nəfər xəstəxanalarda, 8 309 insan sosial və tibbi-sosial müəssisələrdə koronavirusdan ölüb.

 

COVID-19 xəstəliyinin təsdiq edilmiş hallarının sayı 120 804 olub. Bir gün ərzində xəstələrin say artımı 1 653 nəfər təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş