Fransada dənizdə çimərkən 9 turist boğularaq ölüb

Dünya

16.09.2021 - 08:39

Həkimlər Klinikalar SEO Xidməti

Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub

Fransanın Aralıq dənizi sahillərində anidən meydana gələn yüksək dalğalar 9 nəfərin ölümünə səbəb olub.

AYNA APA-ya istinadən xəbər verir ki, əvvəlcədən yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükəli dalğalar barədə xəbərdarlıq edib.

Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub.

Qeyd edək ki, hazırda Fransanın cənub və şərqindəki altı departament baş verən ciddi leysan və daşqınlarla əlaqədar "narıncı" təhlükə səviyyəsinə daxil edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş