Koronavirusa yoluxma sayında da artım var
16 min 642 nəfər xəstəxanalarda, 9 min 738 nəfər isə tibbi-sosial müəssisələrdə ölüb
Fransada koronavirusa yoluxanların sayı artıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, gün ərzində daha 70 nəfər koronavirusdan dünyasını dəyişib.
Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 26 min 380 nəfərə çatıb.
Fransada martın 1-dən bu yana COVID-19-la əlaqəli 26 min 380 ölüm faktı qeyd edilib. 16 min 642 nəfər xəstəxanalarda, 9 min 738 nəfər isə tibbi-sosial müəssisələrdə ölüb.
Nazirliyin məlumatında bildirilib ki, hazırda xəstəxanalarda 22 min 569 nəfər var. Son 24 saat ərzində 253 nəfər xəstəxanalara qəbul edilib. Reanimasiyalarda 2776 koronaviruslu xəstə yerləşdirilib. 56 mindən çox ölkə sakini koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.