Fransada indiyədək 6 milyondan çox yoluxma faktı qeydə alınıb
Fransada son sutka ərzində daha 23 973 nəfərin koronavirus infeksiyasına yoluxması, 127 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Fransada koronavirusa ümumilikdə 6 557 356 nəfər yoluxub. Bu müddət ərzində 113 103 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 5 990 572 xəstə müalicə olunaraq sağalıb.