Fransa və Belçika Rusiya qazına qadağanı bloklayıb

Dünya

04.06.2025 - 11:53

cedabet dərman SEO Xidməti

Ölkələr bu qərarın yalnız geniş və dərin analizdən sonra verilə biləcəyini bildirirlər

Rusiya qazının Avropa İttifaqına idxalına tam qadağa təklifi Brüsseldə mübahisə yaradıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Fransa və Belçika bu təklifin hüquqi və iqtisadi nəticələrinin aydınlaşdırılmadan qəbul olunmasına qarşı çıxıb.

Hər iki ölkə Aİ-də Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) əsas alıcıları sayılır. Paris mövcud enerji müqavilələrinə sadiq qalmağın vacibliyini vurğulayır və tədrici keçid strategiyasını müdafiə edir. Fransanın energetika naziri Mark Ferraççi bildirib ki, TotalEnergies-in Rusiyanın Novatek layihəsində payı olduğu üçün müqavilələrdən imtina hüquqi mübahisələrə yol aça bilər.

Belçika da Brüsseldən təklifin mümkün nəticələrinə dair rəsmi hesabat gözlədiyini bəyan edib. Ölkələr bu qərarın yalnız geniş və dərin analizdən sonra verilə biləcəyini bildirirlər.

Məlumata görə, bu yanaşma Aİ-də enerji təhlükəsizliyi və vahid mövqeyin formalaşdırılması baxımından ciddi fikir ayrılıqlarını ortaya çıxarıb. Hazırda Rusiya ilə mövcud enerji razılaşmalarının taleyi qeyri-müəyyən olaraq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş