Fransa sərhədlərini açır

Dünya

13.06.2020 - 08:28

Bütün daxili yerüstü, hava və dəniz sərhədlərinin kəsişmələrində məhdudiyyətlər qaldırılır

 

Fransa hökuməti avropalı turistlər üçün sərhədlərini açmaq qərarına gəlib. Beləliklə, Avropa ölkələrinin vətəndaşları artıq iyun ayının 15-dən Fransaya səfər edə bilərlər.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Xarici və Daxili işlər nazirliklərinin kommünikelərində xəbər verilib.

 

"15 iyun saat 00:00-dan bütün daxili yerüstü, hava və dəniz sərhədlərinin kəsişmələrində məhdudiyyətlər qaldırılır", - kommünikedə deyilir.

 

Sədnəddə qeyd edilir ki, qərar epidemioloji vəziyyəti və Avrokomissiyanın tövsiyələrini nəzərə alaraq qəbul edilib.

Müəllif: Ayna.az