"Fransa Burkina Fasonun diplomatik münasibətləri kəsmək barədə birtərəfli qərarını nəzərə alır”
Fransa hakimiyyəti Burkina Faso hökumətinin respublika ilə diplomatik münasibətləri kəsdiyini elan etməsindən sonra mümkün əks tədbirləri nəzərdən keçirir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
Bəyanatda deyilir: "Fransa Burkina Fasonun diplomatik münasibətləri kəsmək barədə birtərəfli qərarını nəzərə alır və Burkina Faso hakimiyyətinin normal siyasətindən narahatedici sapma olan bu düşmən və əsassız qərarı pisləyir. Hazırda zəruri əksədbirlər nəzərdən keçirilir".
Bu fonda Paris iki ölkə xalqları arasındakı sıx əlaqələri bir daha təkrarlayıb. XİN həmçinin Burkina Fasodakı dövlət qulluqçularının və fransız icmasının təhlükəsizliyinə xüsusi diqqət yetirdiyini və onları yüksək sayıqlıq göstərməyə çağırdığını bildirib.
Qeyd edək ki, 27 iyun gecəsi Burkina Faso hökuməti Fransa ilə diplomatik münasibətlərin kəsildiyini elan edərək, onu Afrika dövlətinin maraqlarına zidd hərəkətlər etməkdə ittiham edib. Burkina Faso hakimiyyətinin rəsmi açıqlamasında Paris neokolonializmdə və Sahel bölgəsindəki terrorçu şəbəkələri dəstəkləməkdə, eləcə də ölkədəki hadisələrin işıqlandırılmasını təhrif etməkdə ittiham olunub. Bu fonda qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət əsasında münasibətlərin inkişaf etdirilməsi üçün zəruri şərtlərin "artıq mövcud olmadığı" vurğulanıb.