“Fransa Prezidenti Rusiyanı təxribata çəkir”
“Fransa Prezidenti Emmanuel Makron Qərbin hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları ilə Rusiyanı təxribata çəkir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo sosial şəbəkədəki hesabında yazıb.
“Makronun sülh istəmədiyi getdikcə daha aydın olur. Hər gün təxribatlar. Onu təqaüdə göndərməkdən imtina edən deputatlara ayıb olsun. Bu adam çılğın və təhlükəlidir”, - deyə Flippo qeyd edib.