Finlandiya aprelin sonunadək rusların sığınacaq müraciətlərinə baxacaq

Dünya

03.02.2025 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Müraciətlərə baxılarkən üstünlük altı aydan çox əvvəl verilmiş ərizələrə verilir

600-ə yaxın Rusiya vətəndaşı Finlandiyadan sığınacaq verib-verməməsi ilə bağlı qərar gözləyir. AYNA xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

Baş xüsusi müfəttiş Nou Ocalanın sözlərinə görə, bu cür müraciətlərə baxılarkən üstünlük altı aydan çox əvvəl verilmiş ərizələrə verilir.

Nəşr qeyd edir ki, “sığınacaqla bağlı qərarlar aprelin sonunda veriləcək”.

Eyni zamanda, sığınacaq verilməsində əsas amil Rusiyada şəxsin təqib olunduğu cinayət maddəsi olaraq qalır.

Bundan əvvəl Finlandiya hakimiyyəti ukraynalı qaçqınların öz vətənlərinə geri göndərilməsinin mümkünlüyünü istisna etməyib.

Müəllif: Ayna.az