Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiya üçün istifadə olunmasına icazə verilib
Rusiyanın Federasiya Şurası ölkənin Silahlı Qüvvələrinin lazımi silahlarla, həmçinin hərbi və xüsusi texnika ilə təchiz edilərək Dağlıq Qarabağa göndərilməsinə razılıq verən qərarı qəbul edib. AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Qeyd olunub ki, Federasiya Şurasının plenar iclasında Prezident Vladimir Putin tərəfindən Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiya üçün istifadə olunması ilə bağlı müraciətə baxılıb. Müzakirədən sonra qərar 129 senatorun səsverməsi ilə qəbul olunub.