“Facebook” və "İnstagram"da nasazlıq yaranıb

Dünya

16.06.2020 - 06:38

Nasazlığın səbəbləri hələ məlum deyil

 

Dünyanın bir sıra ölkələrində istifadəçilər “Facebook” sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər. 

 

AYNA “Report"a istinadən xəbər verir ki, sosial şəbəkədəki nasazlıq Bakı vaxtı ilə saat 01:00-da olub.

 

İstifadəçilərin 93%-i sosial şəbəkənin işində çətinliklərlə üzləşiblər, istifadəçilərin 6%-i “Facebook”a daxil olmaqda problemlərin olduğunu qeyd edib.

 

Portalın məlumatına görə, problemlərlə Rusiya, ABŞ, Polşa, Fransa, Yunanıstan, Böyük Britaniya, Peru, Venesuela və başqa ölkələrdəki sosial şəbəkə istifadəçiləri üzləşiblər. Nasazlığın səbəbləri hələ məlum deyil.

 

Portal eyni zamanda "Instagram"ın işində də problemərin olduğunu bildirib.

Müəllif: Ayna.az