Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana işgüzar səfəri çərçivəsində Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan da iştirak edib.
Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edərək, hərbi təhsil və təcrübə mübadiləsi sahəsində qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını vurğulayıblar.
Nazirlər regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.